Fiziki,hüquqi şəxslə və ya təşkilatla təmasda olduğumuz zaman məlumat mübadiləsi təbii baş verən bir haldır. Mübadilə zamanı qəbul edilən və yaranan məlumatlar,tərəflərin xeyrinə və ya ziyanına istifadə oluna bilər. Loyallıq prinsipimizə sadiq olaraq, biz hər iki tərəfin məlumatlarının qorunmasında maraqlıyıq.

 

Tərəflərin yanaşmasından asılı olaraq, məlumatların bir qismi və ya hamısı, məxfi hesab oluna bilər. Belə məlumatlar maliyyə, hüquqi, statistik və sairə kimi məzmunlu olur. İstənilən halda biz,qəbul olunan bütün məlumatların qorunmasını təmin edirik. Qarşı tərəf məlumatın məxfi olduğunu vurğuladıqda, bu halı mütləq şəkildə müqavilə vasitəsilə rəsmiləşdiririk.

 

Bizim üçün məxfilik, toplanan və ya yaradılan məlumatlara diqqət yetirmək və onların təhlükəsizliyini, məxfiliyini təmin etməkdir. Bütün elektron məlumatlar İT üsulları ilə əlaqəli kompüterlərdə və serverlərdə saxlanılır. Kağız nüsxələr ofislərimizdə saxlanılır və məzmunundan asılı olmayaraq giriş və paylaşımlara ciddi nəzarət edirik.

 

Bütün müqavilələrimizdə, qarşı tərəflərə balanslaşdırılmış hüquqlar verən və müvafiq məsuliyyətlər yükləyən Açıqlama Qaydası (NDA) adlı xüsusi bir maddə vardır.

 

TƏRƏFLƏRƏ MƏXSUS MƏXFİ MƏLUMATLARININ QORUNMASINDA SİZİN QƏDƏR MARAĞIMIZ OLDUĞUNA ƏMİN OLA BİLƏRSİZ