“A” kateqoriyalı tikinti işi hər hansı bir daxili məkanın əsas işlərinin görülmə prosesidir. Tipik olaraq, bu kateqoriya santexnik,elektrik,mexaniki işlər və s əhatə edir. Bura tamamlanmış daxili divarlar, giriş zonaları və lift lobbiləri də daxildir. “A” kateqoriyalı iş bitdikdən  sonra boş formada olan obyekt öz dizaynını vermək istəyən fiziki və hüquqi şəxslərin işini asanlaşdırmaqla yanaşı həm də onlara satmağı sadələşdirəcək.A Katerqoriya bitirmələri, B Kateqoriyasına aid olan tamamlama və dizayn üçün boş sahədir.

“A” kateqoriyasında görülən işlərə aşağıdakılar daxildir:

 • İşıqlandırma
• Havalandırma
• Sanitar qovşağı
• Döşəmələr
• Tavanlar
• Divarlar
• Yanğın və təhlükəsizlik siqnalizasiya sistemləri (lazım olduqda)

SATINALMA, İCARƏ VƏ FRANÇAYZİNQ BİZNESİNƏ HAZIRLIQ XİDMƏTİ GÖSTƏRİRİK

“A +” KATEQORİYASI adlı başqa bir alt kateqoriya təklifimiz də var. Bu kateqoriya həm kommersiya, həm də özəl istifadə üçün daşınmaz əmlak sahibləri üçün nəzərdə tutulmuşdur.

Satış, kirayə və françayzinq üçün inşaat,dekorasiya,təmir ilə əlaqədar işlər görürük və xidmətlər göstəririk.

Əlverişli vaxtda bizimlə əlaqə saxlayın ki,biz gəlib yoxlama aparaq, ölçü götürək, ilkin analizləri hazırlayaq və tamamilə

PULSUZ

hesabat təqdim edək.